UEFA Çempionlar Liqası: “Qarabağ”dan möhtəşəm qələbə

saytların hazırlanması

Evə çatdırılma

UEFA Çempionlar Liqası: “Qarabağ”dan möhtəşəm qələbə

İdman

01 Oktyabr 2025 22:45 683


"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu keçirib.

Yenisabah.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv II turda Danimarkanın "Kopenhagen" klubunu qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionundakı oyun ağdamlıların qələbəsi ilə yekunlaşıb - 2:0. 28-ci dəqiqədə Abdullah Zubir fərqlənib. 83-cü dəqiqədə Emmanuel Addai adını tabloya yazdırıb. pizza mizza

Qeyd edək ki, "Qarabağ" Liqa mərhələsinin I turunda Portuqaliyada "Benfika"ya qalib gəlib - 3:2. "Kopenhagen" isə evdə Almaniyanın "Bayer 04" klubu ilə heç-heçə edib - 2:2.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!