Azərbaycanlı FİFA hakimi Əliyar Ağayev UEFA-dan növbəti təyinat alıb.
"Yeni Sabah" xəbər verir ki, həmyerlimiz Polşa - Latviya qarşılaşmasını idarə edəcək. Onun köməkçiləri Rza Məmmədov və Namiq Hüseynov olacaq. Dördüncü hakim funksiyasını isə Rəhim Həsənov yerinə yetirəcək.
Qeyd edək ki, Polşa-Latviya matçı martın 24-də Varşavadakı "Narodovy" stadionunda baş tutacaq. Dominos pizza
Telegram kanalımız