UEFA-dan “Qarabağ”a müjdə: Nərimanın əvəzinə yeni hücumçu

saytların hazırlanması

Evə çatdırılma

UEFA-dan “Qarabağ”a müjdə: Nərimanın əvəzinə yeni hücumçu

İdman

12 Sentyabr 2025 01:51 17535


"Qarabağ" Azərbaycan millisinin düşərgəsində zədələnən futbolçusu Nəriman Axundzadənin əvəzinə Çempionlar Liqasına yeni oyunçu sifariş edə bilər.

Sportnet.az xəbər verir ki, bu, UEFA İcraiyyə Komitəsinin sentyabrın 11-də Albaniyanın paytaxtı Tiranadakı iclasında çıxarılmış qərara əsasən mümkün olacaq.

Avropa futbol qurumu 2025/2026 mövsümündə UEFA-nın kişilər arasında keçirdiyi klub turnirlərinin reqlamentinə düzəlişi təsdiqləyib. Sezar pizza

Bu dəyişiklik mövsüm ərzində zədə və ya xəstəlik üzündən uzunmüddətli sıradan çıxmış maksimum bir meydan oyunçusunun VI turadək, yəni 2025-ci ilin son tur matçınadək müvəqqəti əvəzlənməsinə icazə verir.

Xatırladaq ki, Nəriman Axundzadə sentyabrın 5-də Azərbaycan millisinin səfərdə İslandiyaya 0:5 hesabı ilə uduzduğu 2026-cı il dünya çempionatının seçmə qrup oyununda zədələnib. "Qarabağ" onun 3-4 həftə müddətinə sıradan çıxdığını açıqlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!