UEFA mövsümün bombardirlərini açıqladı

saytların hazırlanması

Evə çatdırılma

UEFA mövsümün bombardirlərini açıqladı

İdman

02 Aprel 2019 22:59 877


UEFA 2018-2019 mövsümünün bombardirlərinin siyahısını açıqlayıb. 

“Yeni Sabah” xəbər verir ki, qurum futbolçuların bütün turnirlərdə vurduğu qolları hesablayıb. Bura ölkə çempionatı, avrokubok, Millətlər Liqası və AVRO-2020-nin seçmə mərhələ oyunları daxil edilib. Siyahıya “Barselona”nın kapitanı Lionel Messi başçılıq edir. Argentinalı futbolçu cari mövsümdə hələ ki aktivinə 41 qol yazdırıb. Bununla Leo həm də ardıcıl 10 mövsümdür ki, 40 qol həddini keçir. Forvard bu toplardan 31-ni La Liqada, 8-ni isə Çempionlar Liqasında vurub. İlk "üçlüy"ü "Nomme Kalyu"nun hücumçusu Liliu ilə PSG-nin futbolçusu Kilian Mbappe bölüşür. Onlar Messidən 9 top geri qalır. 

Qeyd edək ki, Estoniyada mövsüm başa çatdığından, Mbappenin tezliklə Liliunu geridə qoyması qaçılmazdır. Dominos pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!