UEFA 2019-2020 mövsümündə rekord gəlir əldə edəcəklərini gözləyir.
Bu barədə qurumun maliyyə direktoru Yozef Koller təşkilatın İtaliyanın paytaxtı Romada keçirilən 43-cü Konqresində məlumat verib. Onun sözlərinə görə, 2019-2020 mövsümündə büdcənin gəlirləri, əsasən, 2020-ci ildə keçiriləcək Avropa çempionatına görə artacaq:
"Həmin mövsümdəki gəlir 5 milyard 725 milyon avro olacaq. AVRO-2020-nin ümumi gəliri isə 2 milyardan çox olacaq. AVRO-2016-dakı gəlir 1.9 milyard təşkil edib". pizza hut
Maliyyə direktorunun çıxışından sonra 2019-2020 mövsümündə büdcə planı yekdilliklə təsdiqlənib.
Report
Telegram kanalımız