Ukrayna “Avroviziya” mahnı müsabiqəsindən tam imtina edəcək.
"Yeni Sabah" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Teleradio şirkəti rəsmi məlumat yayıb.
Məlumatda “İctimai Yayım Şurası milli seçim turundan olmayan istənilən ifaçını seçə bilərdi. Lakin bu alternativdən imtina edildi, çünki tamaşaçıların milli seçimlərdəki qərarlarına hörmətlə yanaşılır”- deyə qeyd edilib. Dördpendirli pizza
Ukraynanın İctimai Televiziyası tamaşaçıların seçdiyi qalibin müsabiqəyə getməkdən imtina etməsini nəzərə alaraq tam olaraq bu müsabiqədən imtina edib.
Telegram kanalımız