“Ukrayna Azərbaycandan ruhlandı”   - “Vaşinqton Post”

saytların hazırlanması

Evə çatdırılma

“Ukrayna Azərbaycandan ruhlandı” - “Vaşinqton Post”

Siyasət

17 Yanvar 2022 23:56 1155


Ukrayna və Rusiya arasında gərginlik davam etdiyi vaxt Türkiyə istehsalı “Bayraktar TB2” pilotsuz uçan aparatları (PUA) ABŞ mediasında manşet olub.

Yenisabah.az xəbər verir ki, Amerika nəşrləri Ukraynanın Türkiyədən aldığı “Bayraktar”lardan istifadə edərək Donbasda Rusiya sistemlərini hədəfə aldığını yazıb.

“Vaşinqton Post” türk dronlarının Cənubi Qafqazdan sonra Ukraynada da balansı dəyişdiyini iddia edib. pizza hut

Amerika nəşri Azərbaycan ordusunun türk dronlarından peşəkarlıqla istifadə edərək, Qarabağda hərbi balansı öz lehinə dəyişməsinə də diqqət çəkib.

“Bu, Rusiya üçün Ukraynanın regionda hərbi balansı potensial olaraq öz lehinə dəyişdirmək üçün öz arsenalını artırdığına daha bir işarədir”, - "Vaşinqton Post" qeyd edib.

Məqalədə Kiyevin Türkiyədən aldığı PUA-ların Rusiyanı təşvişə saldığı vurğulanıb: “Artıq Ankara və Kiyev Ukraynada türk PUA-larının istehsal müəssisəsini qurmaq üçün də razılaşıb”.

“Vaşinqton Post” əlavə edib:

“Bu dronlar ölkələrə ənənəvi hava qüvvələrini saxlamaq qiymətindən xeyli aşağı qiymətə gizli hava qüvvəsi saxlamağı təklif edir. Onlar Liviya və Suriyadakı münaqişələrdə nəzərəçarpacaq şəkildə özlərini göstərdilər. Bəlkə də, Azərbaycanın 2020-ci ildə Ermənistana qarşı TB2-lərdən istifadə etməsi Ukraynanı ruhlandırıb”./Teleqraf


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!