Ukrayna bir sıra dəniz limanlarını bağladı

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna bir sıra dəniz limanlarını bağladı

Dünya

01 May 2022 11:49 314


Ukraynanın İnfrastruktur Nazirliyi Rusiya hərbçilərinin hərəkətlərinə görə bir sıra dəniz limanlarını bağlamaq qərarına gəlib. 

“Report” UNİAN-a istinadla xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin saytı məlumat yayıb.

Qeyd edilir ki, Xerson, Skadovsk, Mariupol və Berdyansk limanları bağlanıb. Toyuqlu pizza

Hökumət əlavə edib ki, limanlar yenidən Ukrayna tərəfinin nəzarəti altında olduqdan sonra fəaliyyətini bərpa edəcək.

“... Ukrayna İnfrastruktur Nazirliyi 29 aprel 2022-ci il tarixdə Ədliyyə Nazirliyində 470/37806 saylı “Dəniz limanlarının bağlanması haqqında” qeydiyyatdan keçmiş 28 aprel 2022-ci il tarixli 256 nömrəli əmr qəbul edib. Sərəncama əsasən, rəsmi dərc edildiyi gündən Berdyansk, Mariupol, Skadovsk, Xerson dəniz limanları bağlanır...”, - Nazirlər Kabinetindən bildirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!