Ukrayna cəbhəsində döyüşlər şiddətlənir: Azərbaycan Qarabağda irəliləyə bilər

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna cəbhəsində döyüşlər şiddətlənir: Azərbaycan Qarabağda irəliləyə bilər

Siyasət

11 İyun 2023 10:15 3299


Ukraynanın gözlənilən əks-hücum əməliyyatı başlayıb. 

Qərb mediasında (misal üçün Forbes, Bild və s.) Ukrayna ordusunun ilkin mərhələdə istənilən uğuru əldə edə bilmədiyi iddiaları irəli sürülür, əgər bu doğrudursa, normal hesab edilə bilər, çünki onlar rusların möhkəmlənmiş müdafiə xəttinə qarşı vuruşurlar. Ümumiyyətlə Ukrayna müharibəsinin hərbi nəticələri ilə bağlı qeyri-müəyyənlik əvvəldən olub, hər iki tərəf öz mövqeyinə uyğun informasiya tirajlayır, Qərb mediası da bu məsələdə iki hissəyə bölünüb. Bu baxımdan, nəzərəçarpacaq nəticə olmadığı müddətdə yayılan informasiyalara inam azdır.

Əks-hücumun nəticəsindən çox şey asılıdır: Qərbin Kiyevə dəstəyinin davam etdirilməsi, mümkünlüyü sual altında olsa da, qurulacaq danışıqlar masasında tərəflərin mövqeləri arasındakı balans, o cümlədən, təkcə Ukraynanın yox, bütöv regionun da taleyi; Dördpendirli pizza

Uzunmüddətli və ağır döyüşlər olacağı məlumdur. Və Ukrayna cəbhəsində baş verənlər Qarabağdakı proseslərin inkişafına da təsir edən amildir. Çünki Rusiya Ukraynada müharibəyə başladıqdan sonra Azərbaycan Qarabağ iqtisadi rayonunda irəliləyişlərə nail oldu. Əks-hücum əməliyyatının başlanması bu kontekstdə bizim üçün yeni imkanlar açır və istisna deyil ki, Ukrayna cəbhəsində döyüşlər şiddətləndikcə, rəsmi Bakı Qarabağdakı mövqelərini də irəlilədə bilər. 

Asif Nərimanlı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!