Rusiya Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanovu axtarışa verib.
Yenisabah.az xəbər verir ki, bu barədə Rusiyanın DİN məlumat yayıb. Budanovun hansı maddə üzrə axtarışa verildiyi açıqlanmayıb.
Rusiyanın Fedaral Təhlükəsizlik Xidməti 2022-ci ilin oktyabrında bildirib ki, Ukraynanın Baş Kəşfiyyat İdarəsi və onun rəhbərliyi həmin ilin oktyabrın 8-də Krım körpüsündə terror aktının təşkilinə görə məsuliyyət daşıyır. Marqarita pizza
Rusiyanın İstintaq Komitəsi isə aprel və oktyabr aylarında K. Budanova bu və digər hadisələrlə bağlı qiyabi olaraq ittihamlar irəli sürüb.
Telegram kanalımız