Ukrayna millisində ciddi itki - Azərbaycanla oyunda olmayacaq

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna millisində ciddi itki - Azərbaycanla oyunda olmayacaq

İdman

12 Oktyabr 2025 15:21 434


Ukrayna millisinin futbolçusu Georgi Sudakov Azərbaycan yığmasına qarşı keçirəcəkləri DÇ-2026-nın seçmə mərhələsinin oyununda iştirak edə bilməyəcək.

"Report"un məlumatına görə, 23 yaşlı yarımmüdafiəçi bu barədə sosial şəbəkə hesabında bildirib.

Portuqaliyanın "Benfika" klubunda çıxış edən oyunçu artıq yığmanın düşərgəsini tərk edib və komanda yoldaşlarına növbəti qarşılaşmada uğurlar arzulayıb. pizza

Sudakov İslandiyaya səfərdə qalib gəldikləri (5:3) matçda zədələnib.

Qeyd edək ki, oktybarın 13-də Polşanın Krakov şəhərində keçiriləcək Ukrayna – Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!