Ukraynada döyüşən daha bir azərbaycanlı itkin düşüb

saytların hazırlanması

Evə çatdırılma

Ukraynada döyüşən daha bir azərbaycanlı itkin düşüb

Hadisə

27 Fevral 2026 13:49 353


Rusiya-Ukrayna müharibəsində daha bir Azərbaycan vətəndaşı itkin düşüb.

“Yeni Sabah” xəbər verir ki, bunu hərbi bloger Tofiq Şahmuradov bildirib.

Onun sözlərinə görə, bu, Cəllabad rayonunun Bayxanlı kənd sakini Abbasov Mehdi Elçin oğludur.   Dördpendirli pizza

M.Abbasov 2025-ci ilin aprelin 3-də Rusiya Silahlı Qüvvələrinin tərkibində Ukraynada gedən döyüşlərə qoşulmaq üçün müqavilə bağlayıb.

Ailəsi sonuncu dəfə mayın 5-də onunla danışıb. Ondan sonra əlaqə kəsilib.

Məlumata görə, Mehdi Abbasov 15 nəfərlik qrup il döyüşə giriblər, həmən 15 nəfərin hamısı itkindir.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!