Ukrayna ordusu əks-hücuma keçdi: Ruslar böyük itki verdi

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna ordusu əks-hücuma keçdi: Ruslar böyük itki verdi

Dünya

24 Aprel 2022 10:35 1346


Ukrayna hərbçiləri Xerson vilayətinin 8 yaşayış məntəqəsinə nəzarəti bərpa ediblər.

Yenisabah.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə “Pivden” əməliyyat komandanlığının sözçüsü Vladislav Nazarov məlumat verib:

“Xerson vilayətində saxta referendum ərəfəsində düşmən fəallaşmağa çalışıb. Aleksandrovka və Tavriçeskoye istiqamətində hücum cəhdləri uğursuz olub. Rusiya qüvvələrinin Nikolaevkanı ələ keçirmək cəhdləri də müvəffəqiyyətlə sonuclanmayıb. Bölmələrimiz müşahidə məntəqələrinin mövqelərindən Xerson vilayətinin 8 yaşayış məntəqəsinə nəzarəti bərpa edib”. pizza

Sözçü bildirib ki, Kiselevka ərazisində Ukrayna hərbçiləri işğalçıların Posad-Pokrovskoyeyə növbəti hücumu üçün hazırlanan cəmlənmiş canlı qüvvə və texnikasına zərbələr endiriblər:

“Düşmən xeyli itki verərək Çernobaevkaya doğru geri çəkilib. Düşmənin ümumi itkiləri 74 canlı qüvvə və 13 texnika, o cümlədən iki tank, çoxsaylı reaktiv yaylım atəşi sistemi, altı zirehli və mühəndis texnikası, dörd PUA olub”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!