Ukrayna ordusuna NATO silahları veriləcək

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna ordusuna NATO silahları veriləcək

Dünya

10 Aprel 2022 13:54 695


Bəzi ölkələr Rusiya ilə müharibənin aylar və ya illərlə davam edə biləcəyi perspektivini nəzərə alaraq, Ukraynaya sovet dövründən qalma silahlardan daha müasir NATO avadanlıqlarına keçməyə kömək etməyə hazırdırlar.

Yenisabah.az bildirir ki, bu barədə “Bloomberg“ məlumat yayıb. 

Qeyd olunur ki, bundan əvvəl ölkələr müasir silahlarla Ukrayna hərbçilərinin tanış olmaması səbəbindən onu tədarük etməkdən çəkinirdilər və təlim üçün vaxt tələb olunurdu. Ona görə də sovet dövründən qalma silahlar Ukraynaya verilib, lakin onların ehtiyatı müharibə bitməmiş tükənə bilər. Marqarita pizza

“Bəzi müttəfiqlər Ukrayna qoşunlarına daha müasir silahlardan istifadə etmək üçün ölkədən kənarda təlim keçirə bilər”, - bu barədə “Bloomberg“ G7 və NATO üzvləri arasında aparılan müzakirələrdən xəbərdar olan mənbələrə istinadən xəbər verir.

Bu mənbələrdən birinin sözlərinə görə, məqsəd Ukraynaya tədricən NATO tipli standartlara doğru irəliləməyə kömək etmək olacaq.\Lent.az
 
 
 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!