Ukrayna Prezident Ofisi: “Rusiya ilə müvəqqəti atəşkəs mümkün deyil“

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna Prezident Ofisi: “Rusiya ilə müvəqqəti atəşkəs mümkün deyil“

Dünya

19 May 2022 11:55 871


“Rusiya qoşunları Ukraynadan çıxmalıdır”. 

“Report” xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak tviterdə yazıb.

“Rusiya qoşunları Ukraynadan çıxmayanadək atəşkəs mümkün deyil. Ukrayna ictimaiyyəti yeni “Minsk”in (Ukraynanın şərqindəki silahlı münaqişənin nizamlanmasına yönəlmiş kompleks tədbirlərin yerinə yetirilməsi üzrə razılaşmalar - red.) yaranmasında və bir neçə ildən sonra müharibəyə yenidən qayıtmaqda maraqlı deyil”, - o bildirib. Sezar pizza

M.Podolyak əlavə edib ki, Rusiya Ukrayna torpaqlarından hələ ki tam çıxmağa hazır deyil, danışıqlar platformasında Ukraynaya silah, pul verilməsi, Rusiyaya sanksiyalar tətbiq olunması var.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!