“Ukrayna qalib gələnə qədər biz dayanmayacağıq” - Yeni sanksiya

saytların hazırlanması

Evə çatdırılma

“Ukrayna qalib gələnə qədər biz dayanmayacağıq” - Yeni sanksiya

Dünya

19 May 2022 14:54 788


Mayın 19-da Rusiyanın “Aeroflot”, “Rossiya” və “Ural Airlines” aviaşirkətləri Böyük Britaniyanın sanksiya siyahısına daxil edilib.

Yenisabah.az BBC-yə istinadla xəbər verir ki, məlumat Britaniya hökümətinin saytında yerləşdirilib. 

"Bu tədbir Rusiya Federasiyasının təxminən 50 milyon funt-sterlinq gəlir əldə etməməsi üçün atılıb", - deyə mətndə qeyd olunub. Toyuqlu pizza

Həmçinin, sənəddə xarici işlər naziri Liz Trassın sözləri var. O, bəyan edib ki, Rusiya prezidenti Vladimir Putin Ukraynaya vəhşi hücumu davam etdirdikcə, ölkə Rusiya iqtisadiyyatına hücumu davam etdirəcək.

“Artıq hava məkanımızı Rusiya aviaşirkətləri üçün bağlamışıq. Bu gün biz əmin olacağıq ki, onlar bizim hava limanlarında yerlərini sata bilməzlər. Hər bir iqtisadi sanksiyalar Putinə açıq mesajımızı gücləndirir: Ukrayna qalib gələnə qədər biz dayanmayacağıq”.

Nəqliyyat naziri Qrant Şapps öz növbəsində xatırladıb ki, Britaniya Putin və onun müttəfiqlərinə qarşı sanksiyalar tətbiq edən ilk ölkələrdən biridir. Beynəlxalq sanksiyalar Putin və onun döyüş maşınına əhəmiyyətli dərəcədə təsir edir, hökumətin bəyanatında deyilir: “Sərt iqtisadi sanksiyalar Rusiya iqtisadiyyatına da uzunmüddətli təsir göstərir. Kreml rublu sabitləşdirməyə nail olsa da, Rusiya hələ də Sovet İttifaqının dağılmasından bəri özünün ən dərin tənəzzülünə doğru gedir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!