Ukrayna qoşunları Xarkov vilayətində dövlət sərhədinə yaxınlaşıb

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna qoşunları Xarkov vilayətində dövlət sərhədinə yaxınlaşıb

Dünya

15 May 2022 19:55 545


“Ukraynanın silahlı qüvvələri artıq Xarkov vilayətinin şimal-şərqindəki sərhədə yaxın ərazidə yerləşir. Yaxın günlərdə müdafiəçilərimiz ölkə sərhədinə çatmağa çalışacaqlar”.

Yenisabah.az “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəhbərinin müşaviri Vadim Denisenko bildirb.

“Əgər söhbət Xarkov vilayətinin şimal-şərqindən gedirsə, orada Ukrayna qoşunları həqiqətən də orada əks-hücuma keçiblər, biz artıq sərhədə yaxınıq və ümid edirəm, hər şey yaxşı olsa, yaxın günlərdə Ukrayna sərhədinə çatmağa çalışacağıq”, - Denisenko deyib. pizza

Eyni zamanda, onun sözlərinə görə, işğalçılar tərəfindən üç körpünün dağıdılması Ukraynanın regionda əks-hücumunu müəyyən qədər ləngidə bilər.

"Əgər regionun cənubundan, İzyum istiqamətindən danışırıqsa, onda onlar (işğalçılar - red.) orada cəmləşirlər, Slavyanska və Kramatorska növbəti zərbə vurmağı düşünürlər", - DİN rəsmisi əlavə edib.Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!