Ukrayna Rusiyanın daha 2 Su-34 təyyarəsini vurdu 

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna Rusiyanın daha 2 Su-34 təyyarəsini vurdu 

Dünya

29 Fevral 2024 16:51 722


Ukrayna Rusiyanın daha iki Su-34 təyyarəsini vurduğunu bildirib. 

Yenisabah.az xəbər verir ki, bu məlumatı öz teleqram kanalında Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşçuk yayıb. 

Onun sözlərinə görə, təyyarələr Avdeyevka və Mariupol istiqamətində vurulub. Ukrayna Silahlı Qüvvələri bir gündə 3, fevralda isə 13 Rusiya təyyarəsini məhv edib.  Dördpendirli pizza

Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. Krım isə 2014-cü ildə ilhaq olunub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!