Ukrayna Rusiyaya meydan oxudu:   “Bir çırtmaya ələ keçirərik“

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna Rusiyaya meydan oxudu: “Bir çırtmaya ələ keçirərik“

Dünya

27 Aprel 2022 17:31 464


"Moldovadan müvafiq müraciət olarsa, Ukrayna Dnestryanı ərazini bir çırtma ilə ələ keçirə bilər".

Yenisabah.az UNİAN-a istinadla xəbər verir ki, bunu Ukrayna Prezidenti Aparatı rəhbərinin müşaviri Aleksiy Aretoviç deyib.

O, Ukraynanın “Dnestryanı ələ keçirməyə” qadir olub-olmaması ilə bağlı suala belə cavab verib. pizza

“Öhdəsindən gələrik -, deyə Arestoviç barmaqları ilə xarakterik bir çırtma işarəsi göstərib. “Lakin bura suveren Moldovanın ərazisidir, biz belə bəyanatlar verməyə belə gücümüz çatmaz. Yalnız Moldova tərəfinin müraciətindən sonra”.

Arestoviç Dnestryanıdakı hazırkı gərginliyi “Rusiyanın təxribatı” hesab edir: 

“Moldova böyük problemlə üzləşə bilər və Moldovanın bu halda edə biləcəyi ən yaxşı şey, məncə, kömək üçün Ukrayna və Rumıniyaya müraciət etməkdir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!