YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
Ukrayna ruslar üçün cəhənnəmə dönüb: 50 150 itki

Ukrayna ruslar üçün cəhənnəmə dönüb: 50 150 itki

Din

06 Sentyabr 2022 10:20 3829


Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya ordusunun müharibə itkilərini açıqlayıb.

Yenisabah.az xəbər verir ki, Baş Qərargahın yaydığı məlumata görə, ötən gün ərzində 350 rus hərbçisi məhv edilib.

Müharibə başlayandan bəri Rusiyanın canlı qüvvə itkilərinin sayı 50 150-yə çatıb.

Bundan başqa Rusiyanın 2077 tankı, 4484 zirehli döyüş maşını, 1179 artilleriya sistemi, 296 reaktiv yaylım atəşi sistemi, 156 hava hücumundan müdafiə sistemi, 236 təyyarə, 207 helikopter, 876 PUA, 209 qanadlı raketi sıradan çıxarılıb.

Qeyd edək ki, Rusiya ordusu bu ilin fevralın 24-də Ukraynaya qarşı hərbi əməliyyatlara başlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!