Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Siyasət

17 Dekabr 2022 18:35 649


“Azərbaycandan sənaye transformatorları və elektrik generatorlarının ilk partiyası artıq Ukraynaya çatıb və Rusiyanın hava hücumlarından ən çox zərər çəkmiş rayonlara yola düşüb”.

Yenisabah.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski “Facebook” səhifəsində paylaşım edib.

Səfir qeyd edib ki, bu yardım indi son dərəcə vacibdir, çünki Ukraynanın mülki əhalisi və mühüm infrastruktur obyektləri davamlı olaraq atəşə tutulur: “Dəstək və köməyə görə dost Azərbaycanın rəhbərliyinə və Azərbaycan xalqına səmimi təşəkkürümüzü bildiririk! Yaşasın Ukrayna! Yaşasın Azərbaycan!”. Dominos pizza

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!