Xarici işlər naziri Elmar Məmmədyarov diplomatik fəaliyyətinin başa çatması münasibətilə Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenkonu qəbul edib.
“Yeni Sabah” xəbər verir ki, görüş zamanı tərəflər iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin inkişafından məmnunluqlarını bildiriblər. Bu xüsusda, səfir A.Mişenkonun səyləri yüksək qiymətləndirilib.
Səfir Aleksandr Mişenko diplomatik fəaliyyəti müddətində Azərbaycan tərəfindən ona göstərilən dəstəyi xüsusilə qeyd etdi və bu xüsusda öz təşəkkürünü ifadə edib. pizza hut
Nazir Elmar Məmmədyarov səfir Aleksandr Mişenkoya gələcək fəaliyyətində müvəffəqiyyətlər arzulayıb.
Telegram kanalımız