Ukrayna Slovakiyadan “MiQ-29“lar alacaq

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna Slovakiyadan “MiQ-29“lar alacaq

Dünya

01 May 2022 09:20 458


Ukrayna tezliklə Slovakiyanın "MiQ-29" qırıcılarını alacaq. 

"Report" xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.

Məlumata görə, Slovakiya Hərbi Hava Qüvvələri Polşa ilə hava məkanında patrul xidməti göstərməklə bağlı razılaşmalar nəticəsində sovet istehsalı olan "MiQ-29" qırıcılarını tezliklə Ukraynaya köçürə bilər. Bununla bağlı Slovakiya və Polşanın müdafiə nazirləri arasında razılıq da əldə olunub. Əməkdaşlığın başlama vaxtı gizli saxlanılır. Toyuqlu pizza

Bundan əvvəl Slovakiya hava məkanını qorumaq üçün alternativ yol kimi Ukrayna ordusuna "MiQ-29" qırıcılarının tədarükünü nəzərdən keçirəcəyini açıqlayıb.

Müharibə başlayandan indiyədək Ukrayna bir neçə dəfə Varşava Müqaviləsi Təşkilatının keçmiş üzvlərindən sovet təyyarələrinin verilməsini xahiş edib. Lakin bu dövlətlər Rusiyanın reaksiyasından ehtiyat edərək bundan imtina ediblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!