Ukrayna Təhlükəsizlik Xidməti FTX agentini yaxaladı 

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna Təhlükəsizlik Xidməti FTX agentini yaxaladı 

Dünya

30 Yanvar 2024 13:03 403


Ukrayna Təhlükəsizlik Xidməti Kiyevdə 3-cü hücum briqadası üzrə casusluq edən və hərbi zavodda işə düzəlməyə çalışan Rusiya FTX agentini yaxalayıb. 

Yenisabah.az UNIAN-a istinadən xəbər verir ki, istintaqın məlumatına görə, təqsirləndirilən şəxs briqadanın ehtiyat komanda məntəqələrinin və Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının qərargahlarının yerləşdiyi yerlərlə maraqlanıb. 

Bundan başqa, 52 yaşlı paytaxt sakini əsas enerji və istilik istehsal edən müəssisələrin koordinatlarını təcavüzkara sızdırıb.  Toyuqlu pizza

Casus həm də tərcümeyi-hal hazırlayıb strateji müəssisənin kadrlar şöbəsinə göndərib, silahların növləri və miqdarı haqqında məlumat əldə etmək üçün orada işə düzəlməyi planlaşdırıb. 

Saxlanılıb və onu ömürlük həbs cəzası gözləyir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!