Ukraynada 16 min muzdlu: Yaxın Şərqdən döyüşməyə kimlər gələcək?

saytların hazırlanması

Evə çatdırılma

Ukraynada 16 min muzdlu: Yaxın Şərqdən döyüşməyə kimlər gələcək?

Siyasət

12 Mart 2022 12:53 824


Yaxın Şərq üzrə ekspert Kənan Rövşənoğlunun “Yeni Sabah”a müsahibəsi:

- Rusiya prezidenti Vladimir Putin Ukraynaya Yaxın Şərqdən 16 min muzdlu gətirilməsinə razılıq verib. Yaxın Şərq böyük bir coğrafiyadır. Sizcə, Putin burada konkret hansı ölkələri nəzərdə tutub?

- Ümumiyyətlə, "Yaxın Şərq" dedikdə, Qərbi Asiya və Şimali Afrika ölkələri nəzərdə tutulur. İndi bu coğrafiyadakı bəzi ölkələrdə müharibə gedir. Amma həmin ölkələrdən könüllü, yaxud muzdlu cəlb olunması asan məsələ deyil. Dördpendirli pizza

Rusiyanın hazırda Liviyada, İraqda və Suriyada çox təsiri var. Xüsusən də, İraqda Rusiyanın hərbi kontingenti olmasa da, hətta müharibənin birinci günü İraqda Rusiyanın dəstəkləyən silahlı qrupar var idi. Bu qrupların Ukraynaya gəlmə ehtimalı var.

Suriyada hökumətə yaxın silahlı qruplar da Rusiyanı dəstəkləyir, Ukraynada döyüşməyə hazırdır. Şimali Afrikada, habelə Mərkəzi Afrika Respublikasında “Vagner” muzdlu cəlb edə bilər.

- Bundan qabaq İraqda Ukrayna və Rusiyanın ayrı-ayrılıqda muzdlular, yaxud könüllülər toplaması barədə informasiyalar yayılmışdı...

- Bu, tamamilə mümkündür. İraqda Rusiyaya rəğbət bəsləyən, o cümlədən Amerikaya, Qərbə nifrət edən qruplar çoxdur. Söhbət təkcə Rusiyanı sevməkdən getmir. Şəxsi müşahidəm var ki, Yaxın Şərqdə Rusiyaya dəstək verən elə qruplar mövcuddur ki, Rusiya ilə əlaqəsi belə yoxdur, amma Amerikaya düşmən münasibətdə olduqlarına görə, Qərbə qarşı kim varsa, onu dəstəkləyir.

İraqda ABŞ-ın da ciddi təsirləri var. Yəni orada Qərbin Ukrayna üçün könüllü toplaması mümkündür. Konkret deyə bilmərəm ki, bu ölkənin şimaldakı kürdlər, yaxud mərkəzdəki ərəblər olacaq, amma aydın məsələdir ki, onlar, muzdlular olacaq. Kimsə Yaxın Şərqdən könüllü gəlib Ukraynada ölmək istəməz. Çünki bu məsələdə dini motiv yoxdur.

Yadınızdadırsa, bir vaxtlar bu adamlar Əfqanıstanda SSRİ-yə qarşı, Şimali Qafqazda, Çeçenistan müharibəsində Rusiyaya qarşı döyüşüblər. Çünki dini motiv, cihad fətvası var idi. Döyüşən hər iki tərəf xristian, pravoslavdır. 

- Yaxın Şərqdə bir sıra qeyri-dövlət aktorları var: YPG, PYD, PKK, "Hizbullah" və s. Bunların bir qismi rusiyameyilli olsa da, digərləri amerikameyllidir. Bunlardan konkret hansılarının Rusiya tərəfindən Ukraynaya aparılması mümkündür?

- İnanmıram ki, hansısa YPG və ya PKK mütəşəkkil şəkildə Ukraynada döyüşsün. Onların elə bir motivi yoxdur. Hətta kürdlərin Suriyada və İraqda ABŞ-la müttəfiqliyi olsa belə, eyni zamanda, onların Rusiya ilə də yaxın əlaqələri var. Onların açıq şəkildə gedib ruslarla savaşması qeyri-mümkündür. Amma Suriyada Bəşər Əsəd hakimiyyətinə bağlı “Şəbbiha” deyilən gənclər qrupu var, bir də hakim BƏƏS Partiyasının silahlı qüvvələri. Rusiya onlardan yararlana bilər. Çünki onların motivasiyası var: Rusiyaya minnət borclarını qaytarmaq.

Həmçinin, ABŞ-ın təkidi ilə Ukraynaya kürdlər də gələ bilər. Amma ehtimal kiçikdir. "Hizbullah",  İrana yaxın hansısa qruplar muzdlu kimi döyüşə bilərlər. Əsəd təbii ki, açıq dəstək verir, çünki Rusiyanın yanında olduğunu gizlətmir. Amma digər qrupların açıq, nümayişkaranə bunu etməsi, inandırıcı deyil.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!