Ukraynada çevriliş olacaq, Zelenski güllələnəcək - ABŞ kəşfiyyatı

saytların hazırlanması

Evə çatdırılma

Ukraynada çevriliş olacaq, Zelenski güllələnəcək - ABŞ kəşfiyyatı

Dünya

23 Dekabr 2023 11:18 665


“Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnının əmri ilə Ukrayna prezidenti Volodimir Zelenski hakimiyyətdən uzaqlaşdırıla və güllələnə bilər”. 

Yenisabah.az “RIA Novosti”yə istinadla xəbər verir ki, bunu ABŞ kəşfiyyatının keçmiş əməkdaşı Skot Ritter jurnalist Denni Hayfona müsahibəsində bildirib. 

“Ukraynada mülki və hərbi qüvvələr arasında münasibətlərin balansı pozulub, Zelenski ordunun baş komandanına qarşı casusluq edir, Zalujnı artıq siyasətlə məşğuldur. Mən yanvar və ya fevralda Ukraynada çevriliş olacağını proqnozlaşdırıram. Məncə, Zelenski Rumıniya lideri Çauşesku kimi güllələnəcək”, - ekspert qeyd edib.  pizza

Ritter Zelenskini Hitlerə bənzədib və onun mətbuat konfransının tamamilə uğursuz olduğunu deyib. 

“Təsəvvür edin, nasist diktatoru 1945-ci ilin aprelində müsahibə versəydi, bu, belə görünərdi”, - deyə keçmiş casus yekunlaşdırıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!