Ukraynada daha bir jurnalist həlak oldu -   Fransa XİN rəhbərinin səfəri ilə eynu gündə

saytların hazırlanması

Evə çatdırılma

Ukraynada daha bir jurnalist həlak oldu - Fransa XİN rəhbərinin səfəri ilə eynu gündə

Dünya

30 May 2022 17:56 864


Ukraynada daha bir əcnəbi jurnalist həlak olub.

Yenisabah.az "The INs"ə istinadla xəbər verir ki, Luqansk vilayətində təxliyyə zamanı Rusiya hərbçiləri BFMTV-nin fransız jurnalisti Frederik Leklerk İmhoffun da içində olduğu zirehli maşını atəşə tutub.

Bu barədə Luqansk vilayət hərbi administrasiyasının rəhbəri Sergey Qayday məlumat verib. Toyuqlu pizza

"Zirehli evakuasiya maşını bölgədən 10 nəfəri götürmək niyyətində idi və atəşə məruz qalıb. Mərmi qəlpələri maşının zirehini deşib, akkreditə olunmuş fransız jurnalist təxliyyə ilə bağlı süjet hazırlayarkən boyun nahiyəsindən ölümcül yara alıb. Biz təxliyyəni rəsmən dayandırırıq”.

Rusiyanın işğalı başlayandan bəri Ukraynada azı 20 jurnalisti ölüb. . Bunlar yalnız Ukrayna Baş Prokurorluğu tərəfindən ölümünü təsdiqləyənlərdir.

Ölənlərdən biri "The Insider" jurnalının jurnalisti Oksana Baulinadır. O, redaksiya tapşırığını yerinə yetirərkən Kiyevdə atəşə tutulub. Oksana rus qoşunlarının paytaxtın Podolski rayonunu atəşə tutmasından sonra dağıntıları lentə alıb və yeni raket atəşinə tutulub. Onunla birlikdə daha bir mülki şəxs həlak olub (adı açıqlanmır), onu müşayiət edən iki nəfər yaralanaraq xəstəxanaya yerləşdirilib.

Xatırladaq ki, Fransa Xİn-in rəhbəru bu gün Ukraynada səfərdədir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!