“Ukraynada faşist kimi davranan Rusiya bu təcavüzkarlıqdan geri dönməlidir”

saytların hazırlanması

Evə çatdırılma

“Ukraynada faşist kimi davranan Rusiya bu təcavüzkarlıqdan geri dönməlidir”

Siyasət

29 İyul 2022 13:22 1180


Ukrayna Xarici işlər naziri Dmitro Kuleba Qərbin Rusiya ilə danışıqlarda maraqlı olduğunu bəyan edib. Onun sözlərinə görə xarici diplomatlar tərəflər arasında sülhün təmin edilməsində maraqlıdır. Belə çıxır ki, qərb Ukraynaya yardım etməkdən artıq yorulub. 

Yenisabah.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə Kulebanın dedikləri ilə razı olmadığını bildirib. “Qərb bezməyib, tam əksinə bütün beynəlxalq görüşlərdə bildirib ki, öz əraziləri geri qaytarılana, ərazi bütövlüyü təmin olunana və müharibə bitənə qədər hər sahədə Ukraynaya əlindən gələn qədər yardım göstərəcək.

Lakin Qərb müharibənin uzanmasını istəmir. Rusiyanın haqsız mövqe göstərdiyini anlamasını və müharibəni sonlandırmasını istəyir”. Toyuqlu pizza

Əgər razılaşma əldə olunarsa burada güzəştə gedən tərəf kim olacaq? Rusiya, yoxsa Ukrayna? Politoloq bildirib ki, Qərbin Rusiya qarşısından geri çəkilmək fikri yoxdur: “Fikrimcə beynəlxalq hüquq normalarını pozan, Ukraynada faşist kimi davranan, faciə törədərək binaları, məktəbləri, xəstəxanaları raketlərlə məhv edən Rusiya atdığı bu təcavüzkar addımından geri dönməlidir.

Ukrayna müharibənin uzanmasını istəməz. Artıq Ukraynanın bir sıra dövlət əhəmiyyətli binaları, yaşayış evləri ticarət mərkəzləri dağıdılıb, viran qoyulub. Ukrayna dəymiş ziyanın ödənilməsi və ərazi bütövlüyünün tanınması və digər şərtlər müqabilində Rusiya razılığa gələrsə, müharibə sülh ilə nəticələnə bilər”.

Nəsimi Ələsgərli 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!