Ukraynada iki azərbaycanlı itkin düşdü - Son dəqiqə

saytların hazırlanması

Evə çatdırılma

Ukraynada iki azərbaycanlı itkin düşdü - Son dəqiqə

Dünya

07 Yanvar 2024 15:32 611


Ukraynanın Rusiya tərəfindən ilhaq edilən Luqansk vilayətində iki azərbaycanlı - İbrahim Əliağayev və Ruslan Əsədov itkin düşüb. Məlumatı "Baku TV"nin Ukraynadakı əməkdaşı verib. 

Məsələ ilə bağlı Azərbaycanın Ukraynadakı səfirliyindən Yenisabah.az-a bildirilib ki, səfirliyin həmin ərazi ilə bağlı məlumatı dəqiqləşdirmək imkanı yoxdur. 

“Belə məlumatlar olduqda bir qayda olaraq Ukrayna tərəfindən müvafiq sorğu göndərilir. Təəssüf ki, Ukraynanın nəzarətində olmayan ərazilərlə bağlı məlumatları dəqiqləşdirmək mümkün olmur”, - o deyib.  Dördpendirli pizza

Qeyd edək ki, itkin düşənlərlə bağlı bir həftədən çoxdur məlumat alınmır. Onların axtarışları isə yalnız yaxınları tərəfindən aparılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!