“Rusiya ordusunun dünyadakı ikinci ordu mifi dağılıb. Yəni reallıqda dünyanın ikinci ordusu mövcud olmayıb”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli silah-sursat qıtlığından əziyyət çəkdiyi iddia olunan Rusiyanın İran PUA-larına möhtac qalmasını şərh edib:
“Bunun ilk səbəbini Rusiyanın daxilindəki idarəçilik sistemində axtarmaq lazımdır. Hərbi büdcəsi kifayət qədər yüksəkdir. Amma büdcənin çox hissəsini generallar mənimsəyir. Bəzi iddialara görə, hətta ballistik raketləri belə sayla istifadə edirlər, çünki tükənmək üzrədir. Rusların ən yeni tankları “T-90MS” və “T-95” markalı tanklardır ki, artıq onlar belə tükənib. Yalnız sovet dövründən qalan tanklar qalıb ki, ruslar artıq onlardan istifadə edirlər”. Pepperoni pizza
Mütəxəssis izah edib ki, hazırda Rusiya Şimali Koreya və İrandan silah almaq məcburiyyətində qalıb:
“İran Rusiyaya PUA-lar satdığını inkar edir və belə bir fikrinin olmadığını bildirir, lakin Ukrayna tərəfi döyüş meydanında sıradan çıxarılmış PUA-lara istinad edərək İranın PUA satdığını təsdiqləyir. Son günlər rəsmi Kiyevin Tehrana qarşı ittihamlarının sayının artması ilə yanaşı, məzmunu da sərtləşib.
Paralel olaraq ki, İrana qarşı beynəlxalq təzyiqlər də artmağa başlayıb. Hətta İrana yeni sanksiyaların ola biləcəyi ehtimal olunur. Bütün bunlar onu göstərir ki, Rusiya indi hərbi sursata və silaha çox ciddi şəkildə ehtiyac duyur və bu silah-sursat ehtiyacını doldura biləcəyi normal qaynaq yoxdur. Əvvəllər bütün dünyaya silah satan Rusiya indi özü silah almaq məcburiyyətində qalıb. Amma bir məsələ də var ki, Rusiyanın hərbi sənaye kompleksi çox güclüdür. Silahı işlətdikcə də yenilərini istehsal edə bilərlər. Lakin nəzərə almaq lazımdır ki, bunun üçün həm maliyyə ayrılması, üstəlik də yeni silah istehsalına kifayət qədər vaxt lazımdır”, – deyə müsahibimiz fikirlərini yekunlaşdırıb.
Rafi MÜSLÜMOV
Telegram kanalımız