Ukraynada Kommunist Partiyası qadağan olundu

saytların hazırlanması

Evə çatdırılma

Ukraynada Kommunist Partiyası qadağan olundu

Dünya

17 May 2022 16:28 641


Ukrayna məhkəməsinin Ukrayna Kommunist Partiyasının (KP) fəaliyyətini qadağan edən qərarı qüvvəyə minib.

Yenisabah.az "Qordon"a istinadla xəbər verir ki, bu barədə deputat, Ali Radanın Konstitusiya Məhkəməsindəki nümayəndəsi Olqa Sovgirya məlumat yayıb.

O bildirib: "Dekommunizasiya haqqında qanunun qəbulundan altı ildən çox vaxt keçdikdən sonra, nəhayət, Ukraynada Kommunist Partiyası qadağan edildi". Toyuqlu pizza

Bu il aprelin sonunda Radaya müəyyən partiyaların üzvü olan şəxslərin Ukrayna prezidentliyinə namizədliyini irəli sürməsini və deputat seçilməsini qadağan edən qanun layihəsi təqdim edilib. Təklif olunan tədbir qanun layihəsinin müəlliflərinin “anti-Ukrayna” hesab etdiyi partiyalara aiddir. Bu siyasi təşkilatlar arasında Ukrayna Kommunist Partiyası, Müxalifət Platforması, Şari partiyaları və s. var.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!