“Ukrayna müharibənin tez bitməsində maraqlıdır”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Natiq Miri deyib.
O, ABŞ dövlət katibi Entoni Blinkenin “Rusiya müharibənin bitməsini istəmir” açıqlamasını, habelə bəzi iddilara görə, Ukraynanın da müharibədə maraqlı olduğu barədə səsləndirilən fikirlərə münasibət bildirib: Sezar pizza
“Fikir verdinizsə, Ukrayna prezidenti Volodimir Zelenskinin açıqlamalarında da narahatlıq hiss olunur ki, Ukrayna ilə Qərb öz geosiyasi oyunlarını aparır. Ölənlər məhz ukraynalılardır, eləcə də dağıdılan şəhərlər, təsərrüfatlar, yaşayış məskənləri. Buna cavabdeh olan şəxs bilavasitə dövlət başçısı Zelenskidir və onun vicdanına yazılır. Ona görə də, Ukraynanın müharibənin uzanmasında maraqlı olduğu iddiası həqiqətə uyğun deyil”.
Natiq Mirinin sözlərinə görə, Rusiya da müharibənin uzanmasını istəmir:
“Ancaq Moskva özünün hərbi-siyasi hədəflərinə çatmayıb. Hərbi əməliyyatlar başlayanda onlar ildırımsürətli əməliyyatlarla bir neçə günə Kiyev və digər böyük Ukrayna şəhərlərini işğal etmək, qələbə paradını Kiyevdə keçirməyi planlaşdırırdı. Lakin Ukraynanın ciddi müqavimətindən sonra artıq Rusiya "B" planına üstünlük verdi. Ruslar humanitar faciə yaratmaq, bununla da xalqı sındırmaq və Ukrayna hakimiyyətini geriyə çəkilməyə vadar etmək istəyirlər.
Əslində, bu layihəni Qroznıda (Çeçenistan) və Suriyada həyata keçiriblər və müəyyən mənada bu plan uğurlu olub. Ancaq Ukraynada bu keçərli olacaqmı, kimsə bilmir. Bununla belə, Ukraynanı hərbi cəhətdən dəstəkləyən Qərb dünyası var. O, Rusiyanın tamamilə zəiflədilməsi və dünyanın yeni nizamında Rusiyanın ikinci dərəcəli ölkə səviyyəsində olmasını istəyir”.
Rusiya müharibənin uzanmasından daha çox əsas qüvvələri Donbass ətrafında qruplaşdırmaqla, Luqansk və Donetsk separatçı rejimlərininin "inzibati“sərhədləri"nə qədər olan əraziləri gələcək perspektivdə birləşdirmək istəyir".
"“B” planı reallaşarsa, Putin öz qələbəsini edəcək. Bu halda, Türkiyənin moderatorluğu ilə baş tutan danışıqlarda sülhü təmin etmək mümkün olacaq. Əks təqdirdə, müharibə uzunmüddətli, hərbi-siyasi cəhətdən uduzan dövlət Rusiya olacaq”, - deyə N. Miri fikirlərini yekunlaşdırıb.
Rafi MÜSLÜMOV
Telegram kanalımız