Ukraynada müharibə neçə gün davam edəcək?   - Video

saytların hazırlanması

Evə çatdırılma

Ukraynada müharibə neçə gün davam edəcək? - Video

Siyasət

24 Fevral 2022 12:19 1783


“Düşünürəm ki, müharibə ilkin mərhələdə, Donetsk və Luqansk vilayətlərinin yerdə qalan ərazilərinin Ukrayna silahlı qüvvələrinin tamamilə nəzarətindən çıxana qədər davam edəcək”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Ceyhun Əhmədli deyib.

O, Ukraynadakı hərbi əməliyyatların müddəti barəsində fikirlərini səsləndirib: Dominos pizza

“2 gün əvvəl Rusiya prezidenti Vladimir Putin hər iki qondarma rejimin “müstəqilliyi”nin tanıyıb. Bu o deməkdir ki, əgər Rusiya onların “müstəqilliyi”ni tanıdısa, artıq Rusiyanın bu “ölkələr”lə hərbi-siyasi müttəfiqliyi də formalaşmış olacaq və bu var. Bu da dolayısıyla onu deməyə əsas verir ki, Donetsk və Luqansk “xalq respublikaları”nın “ərazi bütövlüyünü” bərpa edənə qədər Rusiya hərbi kontingenti, hərbi əməliyyatları davam etdirəcək. Birinci mərhələdə bu, iki “respublika”nın “ərazi bütövlüyü”nü bərpa edilməsinə qədər davam edəcək”.

Siyasi şərhçinin sözlərinə görə, təbii ki, bundan sonra əgər Ukrayna tərəfi daha sərt müdafiə tədbirləri həyata keçirsə, yaxud da Qərbdən daha çox ciddi dəstək gəlsə, müharibənin axarı dəyişə bilər:

“Yəni ilkin ehtimal ondan ibarətdir ki, Rusiya nəzərdə tutduğu birinci mərhələ uğurla başa çatsa və Ukrayna ilə Qərb ona qarşı başqa tədbirlər görməsə, Rusiya müharibəni dayandıra bilər. Yox, Qərb başqa tədbirlər görsə və Ukrayna davamlı şəkildə hücum strategiyasına üstünlük versə, təbii ki, onda müharibə də dayanmayacaq.

Aydın məsələdir ki, Ukrayna özü həmin ərazilərin tamamilə itirilməsinə göz yuma bilməz. Ən azı müqavimət göstərməlidir. Yəni müqavimət davamlı olsa, Rusiya orada müharibəni davam etdirmək məcburiyyətində qalacaq”.

C. Əhmədli daha sonra qeyd edib:

“Hər halda Rusiya bunu da əsas gətirə bilər ki, mən Luqansk və Donetskin təhlükəsizliyi naminə bu “respublikalar”ın ərazisindən kənarda hərbi əməliyyat keçirməyə məcburam. Beynəlxalq hüquqa görə, bir ölkə öz milli təhlükəsizliyini qorumaq üçün öz sərhədlərindən kənarda da hərbi əməliyyat keçirə bilər. Yəni Rusiya da BMT-nin bu madədsini rəhbər tutaraq, Luqansk və Donetsk vilayətinin əhatə etdiyi ərazilərin kənarında da hərbi əməliyyatlar keçirmək barədə düşünə bilər. Amma inanmıram ki, Rusiya Ukraynanın digər şəhərlərini bombardman edib o əraziləri işğal etsin. Bu, Rusiya üçün də ağır nəticələr doğura bilər”.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!