Ukraynada nə baş verir? -   “Rusiya ordusunun hücum imkanı tükənib, mühasirəyə düşə bilər”

saytların hazırlanması

Evə çatdırılma

Ukraynada nə baş verir? - “Rusiya ordusunun hücum imkanı tükənib, mühasirəyə düşə bilər”

Siyasət

10 Sentyabr 2022 12:11 1665


“Siz diqqət edirsinizsə, Ukraynada savaş başlanandan sonra NATO və ABŞ bir sıra məsələləri planlı şəkildə həll etməyə çalışdılar”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Oqtay Qasımov deyib.

Politoloq Ukrayna Silahlı Qüvvələrinin son bir neçə həftədir Xerson və Xarkov istiqamətlərindəki aktiv əks-hücum əməliyyatlarının gedişini şərh edib. Dördpendirli pizza

O, 7 aya yaxındır davam edən Rusiya-Ukrayna müharibəsini mərhələli dövrlərə bölüb. Siyasi şərhçi deyib ki, ilkin mərhələdə Ukraynaya tank əleyhinə “Javelin” raketləri, bundan başqa, thabelə hava hücumundan müdafiə sistemləri, o cümlədən “Stinger” və digər sistemlər verilib:

“Martın sonlarında rus ordusu Kiyev ətrafında geri oturdurulandan, Çerniqov, Kiyev və Sumı vilayətlərinin bir hissəsi işğaldan azad olunandan sonra artıq ikinci mərhələ başlayıb. Bu mərhələdə təxminən aprelin əvvəlindən iyunun sonuna qədər davam edib. Həmin dövr aktiv müdafiə və mövqelərin möhkəmləndirilməsi kimi də qiymətləndirilə bilər. O zaman Ukraynaya artıq müəyyən qədər ağır silahlar gəlməyə başladı.

Yadınızdadırsa, aprelin əvvəllərində artıq hava hücumundan müdafiə sistemləri Slovakiya, Polşa və digər ölkələr tərəfindən Ukraynaya verildi. Sonra müəyyən qədər tanklar, zirehli maşınlar və digər texnika Ukrayna ordusunun istifadəsinə keçdi. Aprelin sonunda “I Ramstein” toplantısında Ukraynaya hər tərəfli dəstək verilməsi ilə bağlı qərar qəbul edildi və orada da açıq şəkildə bəyan olundu ki, Rusiyanın Ukrayna üzərində qələbəsinə imkan verilməyəcək”.

O. Qasımovun sözlərinə görə, həmin dövrdən sonra may ayının sonlarına doğru ABŞ-da istehsal olunan HIMARS tipli dəqiq reaktiv yaylım atəş sistemləri Ukraynaya verilməyə başlandı:

“Həmin sistemlərin atəş məsafəsi 83 km-dir, lakin onun raketləri dəyişdirildiyi təqdirdə hədəfi vurma məsafəsi 350 km-ə çatır. Bu, ATACMS raketləridir və hələ ki onlar Ukraynaya verilməyib. Həmin sistemlərin verilməsi ilə bərabər Ukrayna hərbçilərinin bu sistemləri öyrənmə və istifadə etmə vərdişlərini qazanması üçün təlimlərə başlanıldı. O cümlədən may ayında Böyük Britaniyanın sabiq Baş naziri Boris Conson bəyan etdi ki, onlar Ukraynanın 10 min hərbçisinə İngiltərə ərazisində təlim verməyə hazırdır və bundan sonra 2 aylıq təlimlərə start verildi”.

Müsahibimiz vurğulayıb ki, bundan sonra, iyulun 6-dan Rusiyanın bütün istiqamətlərdə demək olar ki, hücum imkanları tükəndirilib:

“Yadınızdadırsa, ikinci mərhələdə Ukrayna ordusu Rusiyanın Qara dənizdəki əsas flaqman kreyseri olan “Moskva” gəmisini vurub batırdı. Bundan başqa, Berdyansk limanında 5 rus gəmisi məhv edildi. Yəni bunlar da artıq Ukrayna ordusunun müəyyən qədər psixoloji üstünlüklə təmin edilməsi üçün yönələn addımlar idi.

İyul ayından isə cəbhədə mövqelərin tam sabitləşməsi prosesi getdi. Artıq Ukrayna ordusu müəyyən istiqamətlərdə də xırda əks-həmlələr edir. Amma bütün əsas əks-hücum fəaliyyətləri artıq başlanıb. Avqustun sonundan artıq bu, planlaşdırılmışdı. Buna qədər isə, avqustun əvvəlində Ukrayna artıq Xerson vilayətində “Antonov” körpüsü daxil olmaqla, Dnepr çayı üzərində 3 ədəd Rusiya ordusunun logistik dəstəyini təmin edən körpüləri sıradan çıxara bildi. Bundan başqa, Krım ərazisində Saki hərbi aerodromu vuruldu, habelə xeyli sayda Krımın müxtəlif ərazilərində Rusiyanın logistik, eləcə də hərbi təminat anbarları sıradan çıxarıldı, eşalonlar, dəmiryol xətləri vuruldu və s. Yəni Urkaynaya verilən HIMARS sistemlərindən sonra Rusiya ordusunun arxa cəbhəsi təmizləndi və logistik imkanları xeyli dərəcədə məhdudlaşdırıldı”.

Analitik bəyan edib ki, bundan sonra artıq əsas istiqamət kimi Xerson şəhəri istiqamətində müəyyən əks-həmlələr həyata keçirilməyə başlandı:

“Ukrayna ordusu çox dəqiq həmlələrlə Xerson istiqamətində rusların diqqətini oraya cəlb edərək bölgədə müəyyən fəaliyyətlər yürütdü. Eyni zamanda, əsas zərbəni son bir neçə gündə Xarkov ətrafında vurdular. Artıq Xarkov ətrafında 30-dan çox yaşayış məntəqəsi azad olunub, min km²-dən artıq ərazi ruslardan təmizlənib.

Hazırda Ukrayna ordusunun hücumları iki istiqamətdə düşünülür: bunlardan biri Kupyansk şəhəridir, çünki Kupyansk Xarkov vilayətində əsas logistika qovşağı hesab olunur. Əgər Kupyansk azad olunarsa, İzyum şəhəri və Donbasa gedən bütün ərazilər demək olar ki, mühasirəyə düşəcək və bununla da Rusiyanın Xarkov vilayətində olan 12 minlik ordusuna çox ciddi təhdidlər yaranacaq”.

 Siyasi analitik söyləyib ki, artıq Rusiya ordusunda da xeyli sayda əsir düşənlər var:

“Əgər diqqətlə son 10 gün ərzində verilən məlumatları izləsək, Rusiya ordusunun itkiləri əvvəlki bir-iki aya nisbətən dəfələrlə artıb. Yəni bu, birdən-birə olan bir proses deyildi. Bu, çox dəqiq şəkildə planlaşdırılmış bir hərbi əməliyyatlardır. Burada gözlənilməz heç bir şey yoxdur. Həmçinin, Rusiya ordusu da xeyli dərəcədə döyüş qabiliyyətini itirib. Əgər ekspertlərin də qeyd etdiyi kimi, doğrudan da Xarkov ətrafında bir sıra ərazilər, xüsusilə də Kupyansk və İzyum şəhərləri azad olunacaqsa, bu, kütləvi şəkildə Rusiya ordusunun deqradasiyasına və döyüş qabiliyyətinin itirilməsinə səbəb olacaq”.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!