Ukraynada rus musiqisi qadağan edilə bilər

saytların hazırlanması

Evə çatdırılma

Ukraynada rus musiqisi qadağan edilə bilər

Dünya

12 Aprel 2022 13:36 746


Ukraynalı deputatlar rus musiqisinin müharibənin sonuna qədər qadağan edilməsini istəyirlər.

Yenisabah.az xatırladır ki, fevralın 24-də Rusiya Ukrayna ərazisində genişmiqyaslı müharibəyə başlayıb. Artıq Avropa ölkələri Rusiyaya qarşı sanksiyalar paketi tətbiq edib. Ukrayna da oxşar sanksiyaları tətbiq etmək istəyir. Belə ki, deputatlar Ali Radada radio və televiziyada rus musiqisinin qadağan edilməsini təklif edən qanun layihəsini hazırlayıblar. Deputatlar ən azı, Ukraynada müharibə bitənə qədər işğalçı ölkənin musiqisini qadağan etmək istəyir.

“Ali Rada qanun layihəsini dəstəkləsə, radio və televiziyada, əyləncə məkanlarında, ictimai nəqliyyatda, təhsil müəssisələrində, otellərdə, restoranlarda və kinoteatrlarda rus musiqisi nümayiş etdirilməyəcək”. Marqarita pizza

Qanun layihəsində həmçinin radio və televiziyada Ukrayna musiqisinin həcminin 50%-ə çatdırılması təklif edilir.

Cavad Salmanli


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!