Ukraynada təhsil alan azərbaycanlı tələbələr çətinliklərlə üz-üzə qaldılar - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Ukraynada təhsil alan azərbaycanlı tələbələr çətinliklərlə üz-üzə qaldılar - VİDEO

Dünya

26 Noyabr 2025 00:57 1157


Üç ildən çoxdur ki, Rusiya-Ukrayna müharibəsi davam edir. Bu səbəbdən Ukrayna universitetlərində təhsil alan tələbələr çətinlik çəkirlər.

"Yeni Sabah" Xəzər TV-yə istinadən xəbər verir ki, onlar məcbur qalaraq təhsillərini onlayn formada davam etdirirlər. Lakin həmin tələbələrə hərbi xidmətdən möhlət verilmir, Azərbaycandakı universitetlərə də transfer ola bilmirlər. Yəni onlar ya Ukraynaya getməlidirlər, ya da əsgərliyə. Tranzit yolu ilə Ukraynaya getmək istəyən tələbələr isə ölkəyə buraxılmırlar.

Təhsil eksperti Kamran Əsədov deyir ki, Ukraynada əyani şəkildə təhsil alan oğlan tələbələrə hərbi xidmətdən möhlət verilməməsi qanunvericiliyin tələblərinə uyğun deyil. Onun sözlərinə görə, əgər tələbə xarici ölkədə əyani təhsil alması ilə bağlı sənədi komissarlığa təqdim edibsə, ona möhlət verilməlidir. Dominos pizza

Möhlət hüququ məsələsi ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məsələyə münasibət bildirməyib.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən tələbələrin Azərbaycan universitetlərinə transferi ilə bağlı bildirilib ki, köçürülmə prosesi yay tətili dövründə həyata keçirilir və tələbələr həmin dövrdə müraciət edə bilərlər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!