Böyük Britaniya müttəfiqləri ilə Ukrayna taxılını ixrac edən gəmiləri müşayiət etmək üçün Qara dənizə hərbi gəmilər göndərmək üçün potensial planı razılaşdırır.
Yenisabah.az "The Times"a istinadla xəbər verir ki, Litvanın xarici işlər naziri Qabrielius Landsberqis Böyük Britaniyanın xarici işlər naziri Liz Trasla Odessadan belə “qoruyucu dəhliz”in yaradılmasını müzakirə edib.
Plana əsasən, mMüttəfiqlərin donanmaları həyati əhəmiyyətli məhsulların daşınmasının təhlükəsizliyini təmin etmək üçün limanın ətrafını Rusiya minalarından təmizləyəcək. Dominos pizza
Rusiyanın dəhlizi sabotaj etmək cəhdlərinin qarşısını almaq üçün Ukraynada uzaqmənzilli raketlərin yerləşdirilməsi də planlaşdırılır.
Bir gün əvvəl Pentaqon rəhbəri Lloyd Austin taxıl ixrac edən yük gəmilərini qorumaq üçün Ukraynaya uzun mənzilli “Harpun” gəmi əleyhinə raketlər partiyası verəcəyini vəd edən Danimarkaya təşəkkür edib.
Telegram kanalımız