İzyum Şəhər Şurasının rusiyayönlü “Müxalifət platforması - Həyat uğrunda” partiyasından olan deputatı Anatoli Fomiçevski rus əsgərlərinə İzyuma aparana qorunmayan yolu göstərib.
Yenisabah.az xəbər verir ki, bunu İzyum Şəhər Şurasının departamentn rəhbəri Maksim Strelnik öz "Facebook" səhifəsində bildirib.
“Ukrayna Silahlı Qüvvələri təslim olmur və İzyum uğrunda rus işğalçılarına qarşı şiddətli döyüşləri davam etdirir. Ancaq təəssüf ki, dinc sakinlər bu döyüşlərin girovu olub və İzyumun xainləri onları bu əzablara məhkum ediblər", - deyə Strelnik yazıb. pizza mizza
Onun sözlərinə görə, Fomiçevski rus əsgərlərinə şəhərə təhlükəsiz yol göstərməsəydi, onlar ora gedə bilməzdi. Onlar İzyuma humanitar yardımların çatdırılma yolunu tamamilə bağlayıblar.
Xatırladaq ki, prezident Volodimir Zelenski martın 20-də "Müxalifət Platforması - Həyat uğrunda" və Rusiya ilə əlaqəli on digər siyasi partiyanın fəaliyyətini dayandırıb.
Telegram kanalımız