Ukraynanın müdafiə naziri Rüstəm Umerov Fransaya yanvarın 18-nə planlaşdırılan səfərini təhlükəsizlik səbəbi ilə ləğv edib.
Yenisabah.az “Le Monde”a istinadla xəbər verir ki, bu barədə Ukrayna MN-ə yaxın mənbələr məlumat verib.
Umerov tədbirdə videokonfrans vasitəsilə iştirak edəcək. Dominos pizza
Fransa və ABŞ-ın rəhbərlik etdiyi koalisiya Kiyevi dəstəkləyən 50-dən çox ölkəni birləşdirən Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun (Ramşteyn) tərkib hissələrindən biridir.
Fransa Müdafiə Nazirliyinin press-relizində deyilir ki, 23 ölkənin qoşulduğu təşəbbüs Ukraynaya “gələcək əks-hücum və hərbi ehtiyaclara uyğunlaşdırılmış” qısa və uzunmüddətli artilleriya imkanları əldə etməyə kömək etmək üçün qüvvələri birləşdirmək məqsədi daşıyır.
Telegram kanalımız