"Avropa Komissiyası (AK) iyunun sonuna qədər Ukraynanın Aİ-yə üzv olmaq istəyinə qiymət verəcək".
Yenisabah.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolz deyib.
O bildirib: "Ukrayna Avropa İttifaqına üzvlüklə bağlı müraciət edib. Avropa Komissiyası, ehtimal ki, iyunun sonunda sorğuya öz qiymətini verəcək". Pepperoni pizza
Şoiz ittifaqa üzvlük prosesinin ayların və ya illərin məsələsi olmadığını, lakin bu prosesdə Ukraynaya dəstək vəd edən Fransa prezidenti Emmanuel Makrondan sitat gətirib.
Bundan əvvəl bildirilib ki, Ukrayna mayın 9-da Aİ üzvlüyünə namizəd statusu almaq üçün tələb olunan sorğunun doldurulmuş ikinci hissəsini Avropa İttifaqına təhvil verib.
Bu sənəddə Ukrayna qanunvericiliyinin Avropa qanunvericiliyinə uyğunluğunu qiymətləndirib və ikinci hissənin cavabları təxminən 4 min səhifədən ibarətdir ki, bu da Ukrayna qanunvericiliyinin Aİ ilə Assosiasiya Sazişinin 8 illik icrasından sonra vəziyyətini əks etdirir.
Telegram kanalımız