Ukraynanın məğlubiyyətini elan etdi

saytların hazırlanması

Evə çatdırılma

Ukraynanın məğlubiyyətini elan etdi

Dünya

30 Aprel 2026 13:01 1261


ABŞ prezidenti Donald Tramp Ukrayna ilə bağlı növbəti mübahisəli açıqlama verib.

“Yeni Sabah” bildirir ki, “The Guardian” nəşrinin yazdığına görə, Tramp Rusiya Prezidenti Vladimir Putin ilə telefon danışığından sonra jurnalistlərə Ukraynadakı vəziyyəti şərh edib.

“Düşünürəm ki, Ukrayna hərbi baxımdan məğlub olub. Hazırkı şəraitdə onların qalib gəlməsi çox çətin görünür”.

Nəşr qeyd edir ki, Trampın bu fikri rəsmi mövqe deyil və bir çox ekspertlər tərəfindən mübahisəli hesab olunur. Bildirilir ki, Ukraynadakı real vəziyyət onun dediyi kimi birmənalı qiymətləndirilmir və döyüşlər davam edir.

Qeyd edək ki, Ukrayna ilə Rusiya arasında müharibə hələ də aktiv fazadadır və cəbhədə gərginlik qalmaqdadır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!