“Onların bu istəyi dünya nizamının pozulmasına gətirib çıxaracaq”.
Bunu Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Yeganə Hacıyeva bildirib.
O, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin paylaşımı şərh edib. Həmin paylaşımdakı xəritədə Ukrayna ərazisi Rusiya, Polşa, Rumıniya və Macarıstan arasında bölünüb. pizza mizza
Öz növbəsində, Y.Hacıyeva qeyd edib ki, 2014-cü ildə Rusiya Krımı işğal etdikdən sonra Ukraynanın parçalanması haqqında çoxsaylı ssenarilər ortaya çıxıb:
“Bu ssenarilərin bir hissəsi Rusiya, digər hissəsi dünyanı gələcəkdə istədikləri kimi görmək istəyən güclər tərəfindən ortaya atılır. Ümumi bir dünya nizamı var və bu nizamın gələcəkdə yenidən qurulmasında istər separatçılıqa, istərsə də ölkələrin ərazilərinin işğal edilməsinə şahid ola bilərik.
Ukraynanın bölünməsi planlarına göz yumanlar gələcəkdə özləri bu duruma düşə bilər. Buna Rusiyanın şərqini misal göstərə bilərik. Rusiyanın şərqində çinlilərin yaşadığı şəhərciklər var, onlar rus qızları ilə ailə qurur, Rusiya ərazisində genişlənirlər. Amma Çin əhalisi orada çoxdursa, bu o demək deyil ki, ora Çin torpağıdır".
Siyasi şərhçi əlavə edib: "Qonşuları Ukraynanın bölünməsində heç narazı deyillər, tam əksinə, münbit və əkinə yararlı torpaqıarın onların arasında bölünməsinə tam razıdır. Ancaq onların bu istəyi dünya nizamının pozulmasına gətirib çıxaracaq.
Ancaq tam əminliklə deyə bilərəm ki, Azərbaycanın İran və Rusiya arasında bölüşdürülməsi, Almaniya və Koreya kimi iki ölkənin bölünməsi prosesi Ukraynada yaşanmayacaq”.
Nəsimi Ələsgərli
Telegram kanalımız