“Ukraynanın vəziyyəti Azərbaycanın 1994-cü ildəki vəziyyətinə oxşayır“

saytların hazırlanması

Evə çatdırılma

“Ukraynanın vəziyyəti Azərbaycanın 1994-cü ildəki vəziyyətinə oxşayır“

Siyasət

01 Aprel 2022 13:30 1086


"Rusiya məqsədlərinə nail ola bilmədi".

Bunu Yenisabah.az-a Azərbaycanın sabiq XİN rəhbəri, eks-səfir Tofiq Zülfüqarov deyib.

O, bir müddət əvvəl "Facebook" səhifəsində hərbi əməliyyatların hansı halda bitəcəyi və Rusiya-Ukrayna danışıqlarının hansı şərtlər daxilində başlayacağı qeydini xatırladıb: Dördpendirli pizza

“Danışıqlar mövzusu ilə bağlı səsləndirdiyim fikirlər 100% üst-üstə düşüb. Bəlkə də bu, təvazökarlıqdan uzaqdır, amma deməyə məcburam, təbii ki, falçı deyiləm, amma qeydlərim siyasi təhlillərə əsaslanırdı.

O status yazılmazdan əvvəl, artıq 20 gündə bəlli oldu ki, Rusiyanın bu güclə qarşıya qoyduğu məqsədlərə nail olması mümkün deyil. Eyni zamanda, o da bəlli oldu ki, Ukraynanın da imkanları rus işğalçı qoşunlarını ərazidən çıxarmağa çatmayacaq.

Bu baxımdan, ortaq vəziyyət yaranmalıydı və təbii ki, bu vəziyyəti yaratmaq üçün danışıqlar mütləqdir. Hərbi sahədə kim nəyə nail olubsa, artıq olub. Hansısa ciddi dəyişiklər gözləməyə dəyməz.

Ukrayna tərəfi başa düşür ki, müharibənin davamı dövlətin tam şəkildə dağılmasına gətirib çıxaracaq, digər tərəfdən, Rusiya başa düşür ki, ona vurulan həm hərbi, həm də siyasi zərbə çox böyükdür və bu şəraitdə müharibənin davamı mümkün deyil”.

Eks-nazir Rusiya qoşunlarının Kiyev, Çerniqov və Sumı ətrafından geri çəkilməsini belə şərh edib:

“Bu göstərir ki, artıq gələcək razılaşmaların hansısa cizgiləri özünü büruzə verir. Mən artıq bildirmişəm ki, Rusiya ya yeni təmas xətti tələb edəcək, ya da qoşunlar 24 fevraldan əvvəlki yerinə qayıdacaq. Artıq Ukrayna da buna razılıq verib.

Rusiya israrlıdır ki, yeni təmas xətti Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədlərində yaradılsın. Bu təbii ki, fərqli təmas xəttini formalaşdırır.

Moskvanın digər istəyi Azov dənizi sahilləri, yəni Donbası Krıma birləşdirən ərazilərinə qədər olan sahilyanı torpaqlar öz nəzarətində olsun. Ukrayna buna razılaşmayacaq.

Qalır Krım mövzusu. O da müqavilədə əksini necə tapacaq, ya tapmmayacaq, bu, sual doğuran məqamdır. Əvvəl də qeyd etdiyim kimi, bu, ilkin, yəni preliminar saziş olacaq. 

T. Zülfüqarov Ukraynadakı siyasi durumu 1994-cü ildə Azərbaycanın imzaladığı Bişkek protokolu dövr ilə eyniləşdirib:

“Ukraynanın indiki vəziyyəti Azərbaycanın 1994-cü ildə olan vəziyyətinə oxşayır. O vaxtlar məcbur idik və başa düşürdük ki, gücümüz çatmır, həm Ermənistan, həm də Rusiya tərəfindən təzyiqlər çox güclüdür. Odur ki, müvəqqəti olaraq vəziyyəti dondurduq. Hazırda Ukraynadan da hansısa ayrı bir taktika gözləmək düzgün olmaz. Bəli, itithamlar olacaq ki, nəyə görə belə oldu, niyə buna razılıq verildi, nə üçün müharibədən əvvəlki vəziyyət təkrarlanmadı və s. Amma hamı başa düşməlidir, ayrı yol yoxdur”.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!