“Ukraynaya NATO sülhməramlıları yeridilə bilər“   - Brüssel sammitindən gözləntilər

saytların hazırlanması

Evə çatdırılma

“Ukraynaya NATO sülhməramlıları yeridilə bilər“ - Brüssel sammitindən gözləntilər

Siyasət

24 Mart 2022 12:23 605


"NATO-nun Brüssel sammitdə G-7-yə daxil olmayan ölkələr də iştirak edəcək. Kifayət qədər nüfuzlu bir sammit olacaq. Sırf Ukrayna məsələləri və Rusiyanın dünya nizamını pozma cəhdləri hərtərəfli müzakirə ediləcək”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Qabil Hüseynli deyib.

O, Qərbin Rusiyaya qarşı yeni və daha sərt sanksiyalar həyata keçirməsi barəsində səslənən fikirləri şərh edib: pizza

“Gündəlikdə bir sıra məsələlər var. Ukraynanın ən müasir silahlarla təchizi, maddi yardımlar və s. Bununla yanaşı, NATO-nun sülhməramlı qüvvələrini formalaşdırmaq da.

Bu sülhməramlı qüvvələr ola bilsin ki, Rusiya ilə Ukrayna arasında atəşkəs sazişi imzalanandan sonra Ukrayna ərazisinə yerləşdirilsin. Bu barədə fikirlər də səsləndirilir. Təbii ki, Rusiyanın buna qəti surətdə etiraz etməsinə baxmayaraq, NATO bu istiqamətdə işləmək fikrindədir və yəqin ki, ideyanı gerçəkləşdirməyə çalışacaq”.

Q. Hüseynli yeni sanksiyalardan sonra Qərbin Rusiyaya qarşı olan münasibətini özünəməxsus şəkildə cavablandırıb:

“Söz var: “Bəy qızı sonlu öldü, - mənə nə, sonsuz öldü, - mənə nə?” Rusiyanın indi başına nə gələcəksə-gəlsin, siyasi elitasında qarşıdurmalar və qopmalar var. Moskvanın bir sıra məsələlərə münasibətində hələ ki, ciddi dəyişikliklər əmələ gəlməyib, sadəcə danışıqlar prosesinə razılıq verib. Amma bütövlükdə, Qərb Rusiyanın Ukrayna əhalisinə divan tutmasına seyrçi qalmaq fikrində deyil. Xüsusən, Mariupol və onun ətrafında rus ordusunun saçdığı dəhşətləri, habelə insanlara necə divan tutduğunu gözardına vurmaq istəmir.

Ən başlıcası, bunların etdiklərini heç faşistlər İkinci Dünya müharibəsi zamanı etməyib. Zənnimcə, dünya ictimaiyyətinin bu dəhşətlərə görə Putini və onun komandasını beynəlxalq tribunala vermək üçün əllərində artıq kifayət qədər əsas var”.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!