ABŞ Nümayəndələr Palatasının Maliyyə Xidmətləri Komitəsi Ukraynaya xidmət göstərməyə və onun xarici borcunu azaltmağa, habelə Kiyevdən güzəştli şərtlərlə xarici maliyyə yardımı cəlb etməyə kömək edən qanun layihəsini qəbul edib.
Yenisabah.az CNN-ə istinadla xəbər verir ki, təşəbbüsü 362 konqresmen dəstəkləyib, 56-sı əleyhinə çıxıb.
Qanun layihəsi Moskvaya qarşı müxtəlif sanksiyaları nəzərdə tutan anti-Rusiya qanun layihələri paketi ilə birlikdə qəbul edilib. pizza hut
Borc yükünün yüngülləşdirilməsində Kiyevə dəstək verməyə çağıran qanun layihəsinin müəllifi İllinoys ştatından olan demokratların üzvü Xesus Qarsiyadır.
Bundan əlavə, sənəd ABŞ administrasiyasına Paris Klubu da daxil olmaqla, həm kommersiya, həm də suveren kreditorlarla dialoqda Ukraynanın borc yükünün hərtərəfli yüngülləşdirilməsində israrlı olmağı tapşırır.
Yekun qanun layihəsi ABŞ hökumətinin rəsmilərindən Ukraynaya imtiyazlı maliyyə yardımı göstərmək üçün beynəlxalq maliyyə institutları ilə işləməyi tələb edir.
Xatırladaq ki, əgər bu təşəbbüs qüvvəyə minərsə, onun qüvvədə olma müddəti 7 il olacaq.
Telegram kanalımız