Ukraynaya pis xəbər - Təxirə salındı

saytların hazırlanması

Evə çatdırılma

Ukraynaya pis xəbər - Təxirə salındı

Dünya

08 Yanvar 2024 19:49 643


Danimarka Ukraynaya verəcəyini vəd etdiyi F-16-ların tədarükünü hələlik dayandırıb və təyyarələrin göndərilməsini 6 ay təxirə salıb.

Yenisabah.az xəbər verir ki, Danimarka ABŞ istehsalı olan döyüş təyyarələrini Kiyevə çatdırmağı öhdəsinə götürən ilk ölkələrdən biri olub. Hələlik təyyarələri çatdırmaqdan çəkinən Danimarka Ukraynanın müdafiəsinə ən böyük töhfə verən ölkələr sırasındadır.

Norveç hökumətinin bu həftə verdiyi açıqlamaya görə, ukraynalı pilotlar Norveçin hədiyyə etdiyi iki F-16 döyüş təyyarəsi ilə Danimarkada təlimlərə başlayacaq.  pizza

Rusiyanın xarici işlər naziri Sergey Lavrov F-16-lara toxunaraq bildirib ki, Ukrayna Silahlı Qüvvələrində nüvə silahı daşıya bilən texnikanın ortaya çıxması Rusiya tərəfindən Qərbdən gələn təhlükə kimi qiymətləndiriləcək.

Aytac Şahin


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!