“Ukraynaya səfərindən sonra İlham Əliyevlə  bəzi müzakirələrimiz oldu“

saytların hazırlanması

Evə çatdırılma

“Ukraynaya səfərindən sonra İlham Əliyevlə bəzi müzakirələrimiz oldu“

Siyasət

04 Fevral 2022 14:48 673


“Azərbaycan Prezidenti İlham Əliyev Ukraynaya səfər edib. Bundan başqa, Böyük Britaniyanın Baş naziri Boris Conson da Kiyevdə səfərdə olub. Biz bu səfərləri, müzakirələri bir daha nəzərdən keçirib, addım atmaq istəyirik”.

Yenisabah.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə müsahibəsində deyib.

“Qardaşım İlham Əliyevlə onun Ukraynaya səfərindən sonra bəzi müzakirələrimiz oldu. Əsas məsələ odur ki yubanmadan bu problemin həlli istiqamətində əlimizdən gələni edək”, - R.T.Ərdoğan vurğulayıb. pizza mizza

Dövlət başçısı bildirib ki, Türkiyə-Ukrayna əməkdaşlığı bütün regiona fayda verəcək:

“Ukraynada apardığımız müzakirələrin və imzaladığımız razılaşmaların xeyirli olmasını arzulayırıq. Qərb, təəssüf ki, indiyədək bu məsələnin həllinə töhfə verməyib. Əksinə, mane oldular. Bu mövzu ilə bağlı cənab Vladimir Putinlə olan müzakirəyə böyük əhəmiyyət verirəm”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!