Ukraynaya silah tədarükü artırılır   - G7 ölkələri Zelenskiyə daha nələr vəd edəcək?

saytların hazırlanması

Evə çatdırılma

Ukraynaya silah tədarükü artırılır - G7 ölkələri Zelenskiyə daha nələr vəd edəcək?

Dünya

08 May 2022 09:50 218


Böyük Britaniya hökuməti Ukraynaya daha 1,3 milyard funt-sterlinq (1,60 milyard dollar) hərbi dəstək verəcəyini bildirib.

Yenisabah.az "Reuters"ə istinadla xəbər verir ki, artıq Ukraynaya tank əleyhinə raketlər, hava hücumundan müdafiə sistemləri və digər silahlar göndərilib.

Yeni öhdəlik Böyük Britaniyanın Ukrayna ilə bağlı əvvəlki öhdəliyindən təxminən iki dəfə çoxdur. Ölkə hökuməti bu hesablamanın təfərrüatlarını açıqlamasa da, bunun İraq və Əfqanıstandakı müharibələrdən bəri münaqişəyə ayrılan ən yüksək xərc olduğunu açıqlayıb. Toyuqlu pizza

Ukraynaya əlavə xərclər hökumətin fövqəladə hallar üçün istifadə etdiyi ehtiyat hesabına həyata keçiriləcək.

Hökumət həmçinin bildirib ki, Böyük Britaniyanın Baş naziri Boris Conson bu ayın sonunda aparıcı müdafiə şirkətləri ilə görüş keçirərək, Ukrayna ətrafındakı vəziyyətin yaratdığı artan tələbə cavab olaraq istehsalın artırılmasını müzakirə edəcək.

Xatırladaq ki, G7 ölkələrinin - Böyük Britaniya, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya və ABŞ liderləri bu gün Ukrayna prezidenti Vladimir Zelenski ilə virtual görüş keçirəcəklər.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!