Ulduz müğənni Fələstinə dəstək verdi

saytların hazırlanması

Evə çatdırılma

Ulduz müğənni Fələstinə dəstək verdi

Şou

14 İyul 2025 19:12 444


22 yaşlı müğənni Oliviya Rodriqo "Instagram Stories" səhifəsində emosional açıqlama verib. 

Yenisabah.az xəbər verir ki, o, Fələstin xalqına dəstəyini ifadə edib və izləyicilərini UNICEF vasitəsilə ianə verməyə çağırıb:

“Fələstində günahsız insanların başına gətirilən dağıntıları görəndə hiss etdiyim ağrıları təsvir etmək üçün heç bir söz yoxdur". Dördpendirli pizza

Rodriqonun sözlərinə görə, Qəzzada analar, atalar və uşaqlar hazırda aclıqdan, susuzluqdan və ilkin tibbi yardımdan məhrumdurlar:

"Hazırda nə İsraildə, nə Fələstində, nə də heç bir yerdə yaşadıqlarını yaşamağa layiq bir uşaq var. Bu, dəhşətli və tamamilə qəbuledilməzdir", - müğənni vurğulayıb.

Oliviya onu da qeyd edib ki, bu faciəyə biganəlik insanlığın rədd edilməsidir. O, artıq özünün də ianə etdiyini bildirib və pərəstişkarlarını Qəzzada müharibədən əziyyət çəkən əksəriyyəti uşaq olan insanlara kömək etmək üçün ondan nümunə götürməyə çağırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!