Ülviyyə Alovlu ilə Bəxtiyar Hacıyevin məhkəmə prosesi başa çatdı

saytların hazırlanması

Evə çatdırılma

Ülviyyə Alovlu ilə Bəxtiyar Hacıyevin məhkəmə prosesi başa çatdı

Xalqın səsi

19 Aprel 2022 20:59 2056


Jurnalist Ülviyyə Muradovanın (Alovlu) ictimai fəal Bəxtiyar Hacıyev barəsində xüsusi ittiham qaydasında şikayəti ilə bağlı məhkəmə araşdırması başa çatıb.

Yenisabah.az xəbər verir ki, Yasamal Rayon Məhkəməsində hakim Rauf Daşdəmirovun sədrlik etdiyi iclasda qərar elan olunub.

Qərara əsasən, jurnalist tərəfindən verilmiş şikayət sübuta yetirilmədiyi üçün iddiaya xitam verilib. Sezar pizza

Xatırladaq ki, Ülviyyə Alovlu şikayət ərizəsində Bəxtiyar Hacıyev tərəfindən təqib edildiyini, ünvanına qeyri-etik ifadələr səsləndiyini iddia edib. İttihamçı ictimai fəalın Cinayət Məcəlləsinin 147 (böhtan) maddəsi ilə ittiham olunmasını tələb edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!